Araz Musayevin vəziyyəti AĞIRLAŞDI

4-06-2025, 10:21 264 dəfə baxılıb

 

Türkiyənin Antalya şəhərindəki U-23 dünya çempionatında bıçaqlanan Azərbaycan Muay Tay Fedarasiyasının prezidenti Araz Musayevin vəziyyəti ağırlaşıb.

Yenisirvanli.İnfo.Az Ajans.az-a istinadən xəbər verir ki, bunu hazırda Türkiyədə xəstəxanada müalicə olunan idmançı sosial şəbəkə hesabında yazıb.

“Hər bir müsəlmandan və millətimdən dua istəyirəm”, – o bildirib.

Federasiya rəhbəri ona qarşı sui-qəsddə şübhəli bilinənlərin məhkəməyə aparıldığı fotonu da paylaşıb.

Qeyd edək ki, Araz Musayevə qarşı sui-qəsddə iştirak edənlər və şübhəlilər Antalya Cumhuriyyyət Məhkəməsinə aparılıblar. Hadisəyə görə həbs edilənlərin Azər Həsənsoy, Elşən Abdulrəhmanov, Eynulla Babazadə, Məhəmməd Qaytayev, Fuad Babayev, Rəşad Səlimov və Vüqar Əsədov olduqları bildirilir. Onlardan Elşən Abdulrəhmanov Azərbaycan Kikboksinq Fedarasiyasının I vitse-prezidenti, Azər Həsənsoy Azərbaycan Uşu Sanda Fedarasiyasının prezidentidir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031