Dəhşətli qəza törədən məmurun cəzası azaldıldı

24-06-2025, 10:08 174 dəfə baxılıb

 

Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən M.Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


 Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti qismən təmin olunub, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və cəzası 5 il 3 aya endirilib.


Qeyd: Hadisə 30 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində Saatlı-Sarıcalar-Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qıraqlı kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, M.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə manevr edərək Musavir adlı şəxsin sürdüyü “VAZ-2107”yə çırpılıb. Nəticədə digər avtomobildə olan 1987-ci il təvəllüdlü Xalıq Ağayev ölüb, həyat yoldaşı və övladları isə xəsarət alıb.


Hadisədən sonra məmur qəzanın baş verdiyi yerdən qaçıb.


O, məhkəmədə dövlət qulluqçusu olduğunu, hadisədə günahının olmadığını deyərək bəraət istəyib.


X.Ağayevin həyat yoldaşı isə ağır qəzaya səbəb olan M.Əliyevi bağışlamadıqlarını deyib.


Xatırlatma: Hadisədən sonra M.Əliyev nazirliyin regional idarəsində tutduğu vəzifədən azad edilib. Pravda.az



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031