Bakıya oğurluğa gələn gürcülər tutuldu - FOTO

27-06-2025, 10:33 11 dəfə baxılıb

 

Bakıya oğurluqlar etmək üçün gələn Gürcüstan vətəndaşları ifşa edilib.

Yenisirvanli.İnfo.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai rayonunda oğurluq hadisəsində zərərçəkən şəxs polisə müraciət edərək mənzilindən 1300 manat pul və 30 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları - 46 yaşlı Aleksandria Kakhaber, 48 yaşlı Rusia Slava, 40 yaşlı Sanikidze Davıtı və 58 yaşlı Sabirabad rayon sakini Fikrət Səlimov saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər ard-arda bir neçə gün həmin ünvana gələrək orada yerləşən evləri müşahidə ediblər. Məhz həmin mənzildə heç kəsin olmadığını dəqiqləşdirəndən sonra içəri daxil olublar. Evi taladıqdan sonra isə qəsdən eyvanın qapısını qıraraq "izi" itirməyə, guya məhz bu yolla içəri daxil olduqları görüntüsünü yaratmağa çalışıblar. Dəstə üzvləri saxlanılmayacaqları təqdirdə oğurluq əməllərini davam etdirməyi öz aralarında planlaşdırıblar.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqaləyə dair fotomateriallar:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031