CİNAYƏT İŞİ
Qısa arayış...
2023-cü il aprelin 23-də Bakının Nərimanov rayonunda qətl hadisəsi olur. Polis və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında əraziyə yollanıb. Məlum olub ki, hadisə Həsən Əliyev küçəsi ev 105, mənzil 36-da baş verib. Mətbəxin girişində, üzü üstə, uzanıqlı vəziyyətdə Namiq İsrafilovun meyiti aşkar edilib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, Faktla bağlı Nərimanov rayon prokurorluğunda Сinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1982-ci il təvəllüdlü Namik İsrafilovun ölümünə - yuxu arteriyasının zədələnməsi nəticəsində baş vermiş massiv qanitirmə səbəb olub. Meyitindən götürülmüş qanda 0,5% qatılığında etil spirti aşkar edilib.
Növbəti gün Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, cinayəti 1998-ci il təvəllüdlü, Ağdam rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi 31 ünvanında, Bakı Slavyan Universitetinin 1 saylı yataqxanasında yaşayan Rəsul Ağazadə törədib.
Cinayətin aləti olmuş bıçağı bıçağı və onun mobil telefonunu tapmaq mümkün olmayıb. Rəsul Ağazadənin və mərhum Namik İsrafilovun tanışları, ədavəti olduğu şəxslərin arasında "Fuad" adlı və ya ləqəbli insan müəyyən edilməyib.
Rəsul Ağazadə ilə zərərçəkmiş şəxs arasında aprelin 22-də 3 dəfə telefon danışığı olub. Aprelin 22-i saat 00:58-də onlar birlikdə binaya daxil olublar, həmin vaxtdan etibarən heç biri mobil telefon vasitələri ilə hər hansi şəxslə əlaqə saxlamayıb. Namikə məxsus telefonun ekranı sınmış vəziyyətdə olub. İçərisindəki məlumatlara baxış keçirmək üçün yandırmaq istədikdə cihaz işləməyib. Baxışda iştirak edən Zülfüqar İsmayılov telefonu Rəsul Ağazadədən 60 manata aldığını bildirib. Onu qardaşı Əliağaya verib. Atası qardaşına əsəbiləşdiyi üçün telefonu divara çırparaq, sındırıb.
Rəsul Ağazadə 2017-ci ildə Füzuli Hərbi Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 332-ci (hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə 6 ay sınaq müddəti cəzasına, 2019-cu ildə Binəqədi rayon məhkəməsinin 177-ci (oğurluq) maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, 2021-ci ildə Nərimanov rayon məhkəməsinin hökmü ilə 180-ci (soyğunçuluq) maddəsi ilə 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstinaqla müəyyən edilib ki, aprelin 22-i gecə saat 1 radələrində Rəsul Ağazadə maddi sərvət əldə etmək məqsədilə tanışı Namik İsrafilovun evinə basqın edib, onu öldürmək qərarına gəlib. Atatürk prospekti, 37 ünvanının qarşısında Namiklə görüşüb, birlikdə onun yaşadığı Həsən Əliyev küçəsi, evə gediblər. Qonaq otağında könüllü, qeyri-təbii yolla cinsi əlaqədə olublar. Sonra Rəsul şalvarının cibindən bıçağı çıxarıb Namikin boyun nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkən ölüb. Ardınca masanın üzərində olan 120 manat dəyərində "Redmi Note 7" markalı mobil telefonu götürərək, hadisə yerindən uzaqlaşıb. Ayın 23-də həmin telefonu cinayətdən xəbərsiz olan tanışı Zülfüqar İsmayılova 60 manata sataraq, pulu şəxsi ehtiyaclarına sərf edib.
İş üzrə dindirilmiş Rəsul Ağazadə bilirib ki, Namik İsrafilovla tanışlığı musiqi fəaliyyəti ilə əlaqədar olub. Namik də müğənni kimi fəaliyyət göstərib, "Youtube" platformasında mahnıları olub:
"Tanışım səs yazma studiyasında işləyib-işləmədiyimi soruşdu, mənə əvvəlcədən məşq etməli olduğumuzu dedi. Namikin evində məşq etdik. Aramızda heç vaxt münaqişə olmayıb. Hadisə aprelin 22-i gecə saat 1-də qonaq otağında baş verib. Evdə bizdən başqa kənar şəxs və ya hadisəni bilavasitə görən yox idi".
İstintaq eksperimenti zamanı Rəsul Ağazadə cinayəti törədəndən sonra, mərhumun mobil telefonunu evin qarşısındakı zibil qutusuna, bıçağı və öz telefonunu Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 26-da istirahət parkında, üzərinə qan ləkələri sıçramış köynəyi Ağasadıq Gəraybəyli küçəsi, 31-də zibil qutusuna atdığını əyani olaraq göstərib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Nurlan İsrafilov ifadəsində göstərib ki, doğma qardaşı Namik Bakıda animator işləyib, müxtəlif restoranlarda, bağçalarda, fərdi evlərdə ad günü və sair tədbirlərdə uşaqların əylənməsi üçün şoular təşkil edib:
"Tək yaşayırdı. Aprel ayının axırlarında anam bir neçə dəfə zəng etsə də, Namik telefon zənglərinə cavab vermədi. Qohumlarından uzaq olsa da, bayramlarda anama zəng edirdi, Xaçmaz rayonuna gəlib ona baş çəkirdi. Həmin ərəfədə Ramazan bayramı olduğundan, anam qardaşımla danışa bilmədiyi üçün narahat oldu. Ayın 23-də dayım oğlu Fərid Aşurova zəng edərək, 3 gündür ki, Namikdən xəbərimizin olmadığını bildirdim. Buna görə, Fərid Namikin yaşadığı evə gedərək, qapını döyüb. Binanın həyətində olan nərdivanı götürüb yuxarı çıxıb. Pəncərədən baxanda Namikin mətbəxin girişində yerdə uzanıb qaldığını görüb. Bundan sonra Fərid zəng edib bu barədə mənə və 102 xidmətinə məlumat verib".
Məhkəmə iclasında Rəsul Ağazadə ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə günü Fuad adlı şəxsə zəng edib, nə üçün narkotik vasitələrin satışı ilə məşğul olmasını soruşub:
"Fuad bunun mənə aidiyyatı olmadığını dedi və harda olduğumu soruşdu. Namikin evində olduğumu söyləyəndən sonra, tanışım ora gəldi. Bıçaqla mənə doğru zərbə atanda, Namik ortaya girdi və boğazından xəsarət aldı. Öz telefonum sönülü olduğu üçün Namikin telefonunu götürüb təcili yardıma zəng etmək istədim. Bu zaman Fuad üzərimə gələrək, heç yerə zəng etməməyimi tələb etdi. Mübahisə zamanı Fuada yumruqla zərbələr vuraraq, evin pəncərəsindən çölə tullandım.
Şokda olduğumdan təcili yardıma zəng etməyi unutdum. Hadisədən sonra Namikin sağ olub-olmamasını yoxlamağa getsəm də, qapını heç kim açmadı. Buna görə tanışımın telefonu mənim üstümdə qaldı. Hadisə barədə heç kimə məlumat verməmişdim".
Şahid Fərid Əsgərov bildirib ki, hadisədən 2 gün öncə Şahin adlı musiqi təşkilatçısı zəng edərək Namikdən xəbər olmadığını, ona görə 1000 manata yaxın ziyana düşdüyünü söyləyib:
"Evinə gedəndə, Namiq mənə növbəti gün işə çıxacağını və Şahini görəcəyini dedi. Dostları Namikə Nihat deyə müraciət edirdilər, o, narkotik vasitələr qəbul etmirdi. Evində olanda hər hansı kənar şəxsi, həmçinin Rəsulu görməmişəm. Namik mənə səs yazma ilə bağlı kiminləsə tanış olması barədə heç nə deməmişdi".
İş materiallarından görünüb ki, Rəsul Ağazadə ibtidai istintaqda tez-tez ifadələrini dəyişib.
Məhkəmə, Rəsul Ağazadənin Namik İsrafilovu öldürmədiyinə dair məhkəmədə verdiyi ifadəsini, müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur.
Məhkəmə qənaətə gəlib ki, Rəsul Ağazadənin Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Ağazadə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 15 il 6 ay müddətinə endirilib.
Milli.Az

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
Küçədə cinsi əlaqəyə görə avtobus sürücüsünü ÖLDÜRDÜLƏR
Yuxu rejimini dərmansız necə düzəldək?
İstintaqa çağırılacaq şəxslərin SİYAHISI: Rəsul Quliyev, Elşad Abdullayev, Mahir Cavadov...
Vardanyan faktlar qarşısında Gündəm
Bakıda güclü qar, şaxta… – Milyonluq hazırlıq başladı
Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Mincivanın işğaldan azad olunmasından 6 il ötür
“Məclis.info” saytının rəhbərinə 12 il iş istənilib
Ramiz Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - VİDEO
Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu işə başlayıb
UEFA Çempionlar Liqası: “Sabah” “Borussiya”ya məğlub olub - VİDEO
Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək
Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
Mədinəyə dronla hücum olunub
Donald Tramp şok iddia irəli sürdü: "Rusiya axmaq bir generala görə Kiyevi tuta bilmədi, yoxsa bir günə müharibə bitərdi"
Bu sürücüləri 800 manat cərimə gözləyir – VİDEO
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər – ŞƏRTLƏR
Qaxda iki dost məktəbli qıza təcavüz etdi – TƏFƏRRÜAT
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var – FOTO
Buzovnada 4 mərtəbəli binada yanğın... - Sakinlər təxliyə edilib
NATO Qara dənizdə Rusiyaya qarşı... - Əlavə qüvvə göndərilir
Bakı-Xırdalan yolu ilə bağlı TƏKLİF
“Bank VTB (Azərbaycan)” əhalini sürətlə borclandırır- istehlak kreditlərində kəskin artım
Bakıda bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb
Bakıda 12 manatlıq quldurluq edən şəxslərə AĞIR CƏZA
YAP Mehdiyevi qovdu, İsa Həbibəyli niyə tələsmir?
Zəngəzur dəhlizindən Rusiyaya pay?!
“Kontakt Home”da müştəriyə qüsurlu mal satıldı – FOTO
Qonşuda meymunçiçəyi yayılıb – risk varmı?
Bu gün Bakı metrosu xüsusi rejimdə işləyəcək – SƏBƏB
DİQQƏT: “Kupça”sız evə bu yolla sənəd almaq olar
ABŞ Ukraynanı yarıyolda qoyub: "Təəssüf ki, yerinə yetirilməyən siyasi razılaşmalar var"
Emin Milli Hikmət Hacıyevin qəbulunda olub: “Görüş zamanı..." - FOTO
Tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
Bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilər - Kimlərdir?
Millidən uzaqlaşdırılan Ronaldodan ilk reaksiya
Ərdoğan erkən seçkiyə gedir? – Bakıdan gözlənti
Astara sakini pilləkəndən yıxılaraq ölüb
Azərbaycan əleyhinə çağırış edən aktyor axtarışa verildi
Baş nazirin müavinlərinin sayı artdı - Onlar kimlərdir?
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Azərbaycanda hərbçi ürəyindən əməliyyat olundu - VİDEO
Estetik əməliyyatlar icbari tibbi sığortaya daxil ediləcək?
Telefon zəngləri ilə bağlı mübahisə etdiyi tanışını bıçaqladı, 7 il cəza aldı
Cəlilabadda torpaq sirri: Kim satır, kim alır?-VİDEO
Zabrat qəsəbəsindəki BİABIRÇI asfalt örtüyü narazılıq yaratdı
Azərbaycanda bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq
Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - MƏHKƏMƏ
Lavrov Bakıda elə söz dedi ki… – Zəngəzura təhdid
Xırdalanda nəqliyyat sıxlığının azaldılması üçün iki yeni yol layihəsi həyata keçiriləcək
Kilsədə başına xaç düşən keşiş belə öldü – VİDEO
Tramp: "İranı vuiran günə qoyduq" - "Benzin qiymətləri əvvəlkindən daha da aşağı olacaq"
İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO
"Özünü ələ al" müalicə deyil - Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır?
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Elnarə Abdullayeva nənə oldu - Fotolar
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO
Kəmalə Günəşli özündən çıxdı: “Üzünə tüpürüb yola salacağam” – VİDEO
Əməkdar artist Rəşid Mahmudovu cərimələtdi - Məhkəmə prosesi
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
İran yeni qırıcı təyyarəni sınaqdan keçirəcək - müdafiə nazirindən AÇIQLAMA