Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23-08-2025, 10:53 243 dəfə baxılıb

 

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum edilmiş Nəzakət Məhərrəmova saxlanılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, o, “Tiktok”dakı “qemgin_20” adlı saxta hesabında canlı yayım açaraq şəhid ailələrinə, qazilərə, eləcə də aztəminatlı şəxslərə özünü humanitar yardım təşkilatlarından birinin nümayəndəsi kimi təqdim edib və əvvəlcədən 1000-2000 manat ödəniş etmələri müqabilində zərərçəkmişlərə il ərzində maddi yardım göstərilməsinə dair yalan vədlər verib. Bu üsullarla N.Məhərrəmova bir neçə vətəndaşın pulunu dələduzluqla ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

N.Məhərrəmovanın analoji əməllərindən zərər görən şəxslər polis orqanlarına məlumat verə bilərlər.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031