Bu qədər dərmanı ölkəyə qanunsuz keçirmək istədi - Fotolar

28-09-2025, 11:28 136 dəfə baxılıb

 

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən külli miqdarda dərman vasitələri aşkar edilib.


Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Yenisirvanli.info.az” a məlumat verilib.


İdarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyədən ölkə ərazisinə ərzaq məhsulları gətirən yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli cizgilər müəyyən olunub.


Baxış zamanı 33 ədəd qutudan gömrük orqanına bəyan edilməyən, müxtəlif adda, ümumi sayı 44120 ədəd olan dərman vasitələri aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031