Öz ərizəsi ilə işdən çıxmışdı, cinayət məsuliyyətinə cəlb edildi

22-10-2025, 10:43 141 dəfə baxılıb

 

Məhkəmə Ekspertiza Mərkəzinin keçmiş əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.


Yenisirvanli.info.az -ın əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində müvafiq tədbir görülüb.


Belə ki, 03 iyul 2025-ci il tarixində öz ərizəsi ilə işdən azad edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Rüfət Sultanovun icraatında olan iş üzrə rüşvət almasına əsaslı şübhələr yarandığından, toplanmış materiallar ekspertin əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən prokurorluq orqanlarına göndərilib.


Aparılmış istintaq hərəkətləri nəticəsində keçmiş ekspert R.Sultanov Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.


Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031