Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu

7-07-2026, 18:13 1 767 dəfə baxılıb

 Özbəkistan vətəndaşı Güzal Mamatova Bakıda həbs edilib.


“Yenisirvanli.info.az”ın məlumatına görə, özbək xanım yarım milyon manata yaxın dələduzluqda ittiham olunur.


İş materiallarında qeyd edilib ki, G.Mamatova qızıl alveri ilə məşğul olub. Lakin sonradan istiqamətini dəyişib. O, bir neçə nəfərin satış üçün verdiyi qızılları sataraq külli miqdarda pulu ələ keçirib.


Özbək satıcı zərərçəkmişlərin şikayətindən sonra polis əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.


Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Özbək mütəhim ittihamla razılaşmasa da, yekunda təqsirli bilinsə, 10 ilə kimi həbs edilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031