Eks-idarə rəisi ilk iclasda həbs edildi

13-07-2026, 14:42 1 807 dəfə baxılıb

 Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahov yarım milyondan çox yeyinti ittihamı ilə hakim qarşısına çıxarılıb.


“Yenisirvanli.info.az”ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışlıq iclası keçirilib.


Həbsdə olmayan Mehdi Əmrahov barəsində ibtidai istintaq başlayandan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdi. Bugünkü iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.


Hakim təqsirləndirilən şəxsdən bu günə qədər məhkəmədə iştirak edib-etmədiyini soruşub. Əmrahov suala “heç “uçastkovıy”a da düşməmişəm” - deyə cavab verib. Bundan başqa o, iclasda laqeyd münasibəti ilə diqqət çəkib.


Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası qısa müşavirənin ardınca təqsirləndirilən şəxsin həbs edilməsinə qərar verib. Əmrahov zalda qandallanaraq təcridxanaya göndərilib.


Əsas iclas iyulun 20-si keçiriləcək.


Qeyd edək ki, təqsirləndirilən Əmrahov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Dəymiş ziyan ödənilmədiyi halda bu cinayətə görə 10 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031