Binəqədidə parkdan 4200 manatlıq metal konstruksiyalar oğurlandı – şübhəli saxlanıldı
Əvvəllər məhkum olunmuş 48 yaşlı şəxs fəvvarəyə məxsus metal hissələri aparmaqda ittiham edilir
Binəqədi rayonunda yerləşən parklardan birində quraşdırılmış fəvvarəyə məxsus metal konstruksiyaların oğurlanması faktı qeydə alınıb.
Yenisirvanli.İnfo.Az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ümumi dəyəri 4200 manat olan avadanlıqlar naməlum şəxs tərəfindən aparılıb.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs əvvəllər məhkum olunmuş, 48 yaşlı A. Əbdülrəhmanovdur.
Şübhəli şəxs polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir. İstintaq çərçivəsində hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: