Məhkəmə arvadın döyərək xəsarət yetirən şəxslə bağlı qərar çıxardı
Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Bədəlovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Yenisirvanli.İnfo.Az bildirir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2026-cı ildə saat 16 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən mənzillərin birində baş verib.
Belə ki, həmin vaxt Akif Bədəlov yaşadığı mənzildə arvadı, zərərçəkmiş Səbilə Bədəlova (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisəyə səbəb qadının ərini digər şəxslərlə ünsiyyət saxlamaqda günahlandırması və qısqanması, həmçinin onun ailəyə lazımi qayğı göstərməməsi ilə bağlı fikirlərini bildirməsi olub.
Bundan başqa, təqsirləndirilən şəxsin də arvadından evi tərk etməsini tələb etdiyi bildirilib. Tərəflər arasında ailə-məişət münasibətləri zəminində yaranan narazılıq mübahisəyə çevrilib.
Akif mübahisə zamanı Səbilənin üzərinə hücum edərək onu əlləri və yumruqları ilə qol və bədəninin müxtəlif nahiyələrinə vurub. Hadisə nəticəsində zərərçəkmiş şəxsin sol bazusunun yuxarı üçdə bir hissəsində bazu oynağına keçən və hərəkət məhdudluğu ilə müşayiət olunan geniş sahəli qançır, sağ bazusunda və sağ saidində isə qançırlar yaranıb.
Bununla da təqsirləndirilən şəxsin arvadının sağlamlığına qəsdən yüngül zərər vurduğu müəyyən edilib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Akif Bədəlov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti verərək qərarın dəyişdirilməsini xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən apellyasiya şikayətinin təmin edilməyib. Daha sonra məhkum tərəfindən kassasiya şikayəti verilib.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: