Məhkəmə kriminal avtoritetin vəsatətini rədd etdi

15-08-2026, 11:03 299 dəfə baxılıb

 

Rusiyada “Giya Sverdlovski” ləqəbli kriminal avtoritet Georgi Akoyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib. O, 2027-ci il yanvarın 21-dək istintaq təcridxanasında qalacaq.

Tezadlar.az xəbər verir ki, Georgi Akoyev cinayət iyerarxiyasında ən yüksək mövqe tutmaqda ittiham olunur. Müdafiə tərəfi və Akoyev özü səhhətinin pisləşməsini əsas gətirərək onun ev dustaqlığına buraxılmasını istəyiblər.

“Mən nə gizlənmək, nə qaçmaq, nə də həyatımı korlayacaq hansısa macəraya atılmaq fikrindəyəm. Hazırda mənə sağlamlığımı bərpa etmək lazımdır”, – deyə “Giya Sverdlovski” məhkəmədə bildirib.

Hakim qətimkan tədbirini dəyişdirməyib və Akoyev həbsdə saxlanılıb.

İstintaq hesab edir ki, Akoyev 2008-ci ildən etibarən Ural bölgəsində əsas “qanuni oğru”lardan biri olub. Onun quldurluq hücumunun təşkilinə görə cəza çəkdiyi dövrdə kriminal aləmdə yüksək status aldığı ehtimal edilir.

Qeyd edək ki, Giya Sverdlovski 2020-ci ildə mərhum azərbaycanlı “qanuni oğru” Lotu Qulinin ölümündən sonra Sverdlovsk vilayətində təsir gücünü artırmaq üçün Avtandil Kobeşavidze və Əhməd Dombayevlə rəqabət aparıb.

Həmçinin o, Yekaterinburqda azərbaycanlı iş adamının 6 kiloqram qızılını alaraq onu böyük məbləğə, yəni 50 milyon rubla (təxminən 1 milyon 100 min manat) satacağını və əldə etdiyi pulu onunla bölüşəcəyini vəd etmişdi. İş adamı 6 kiloqram qızılı “qanuni oğruya” versə də, nə qızıl qaytarılıb, nə də pul.

Onu da qeyd edək ki, Sverdlovski “Ded Xasan”ın bacısı oğlu sayılır. O, dayısına görə Rövşən Lənkəranskini qan düşməni elan etmişdi.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930