Ağdamda sahibkar və şirkət əməkdaşı həbs edildi

25-08-2026, 11:12 240 dəfə baxılıb

 

Ağdam rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs və şirkət əməkdaşı həbs edilib.
 
Yenisirvanli.İnfo.Az bildirir ki, hər iki şəxs Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Rayonun Baharlı qəsəbəsində saxlanılan 1991-ci il təvəllüdlü Tahir Nurəddin oğlu Əliyevdən qurudulmuş marixuana aşkar edilib.
 
O, izahatında göstərib ki, tanışı Elçinlə birlikdə Baharlı qəsəbəsində marixuana çəkib: “Marixuanaya görə Elçinə pul verməmişəm. İlk dəfə olaraq inzibati xəta törətmişəm və tutduğum əməldən peşmançılıq hissi keçirirəm”.
 
Tahir Əliyevin kiçik sahibkarlıqla məşğul olması məlum olub.
 
Bundan başqa, həmin qəsəbədə keçirilən digər əməliyyat nəticəsində 1984-cü il təvəllüdlü Bilal Fazil oğlu Babayev saxlanılıb. Ondan da qurudulmuş marixuana aşkarlanıb.
 
Babayev izahatında göstərib ki, tanışı Elçindən 10 manata marixuana alıb və çəkib. O, əvvəllər də bir neçə dəfə Elçindən marixuana aldığını etiraf edib.
 
Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 30 gün müddətinə inzibati qaydada həbs olunublar.
 
Qeyd edək ki, Bilal Babayev “Diller İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) qəlibləyici işləyib.
Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930