“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA

1-09-2026, 10:39 235 dəfə baxılıb

 

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona xəsarətlər yetirən dəstənin üzvü - Kamran Rzayevin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

Yenisirvanli.İnfo.Az bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Abdullayevin sədrliyi ilə araşdırılacaq.

Qeyd: Məlumata görə, bu dəstənin digər üzvləri - Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi ayrıca icraatda aparılıb.


İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov “TikTok”dakı hesabında kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan mərhum “Qanuni oğru” Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələrin yer aldığı video paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib. Onlar Nəzirxanı Zabrat qəsəbəsi ərazisində “Qazel” markalı avtomobilin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, daha sonra toyuq hininə salıblar. Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli gəlinlik paltarını onun əyninə geyindirərək paylaşımlarına görə üzr istəməsini tələb edib, üzr videosunu çəkərək sosial şəbəkələrdə paylaşıblar.


Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar. Təqsirləndirilən şəxslərdən biri 2007, digəri isə 2008-ci il təvəllüddür.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Kamran Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930