Sumqayıtda oğul atasının evini yandırdı

2-09-2026, 09:49 208 dəfə baxılıb

 

Sumqayıt şəhərinin Corat bağları ərazisində fərdi yaşayış evində yanğın baş verib.

Yenisirvanli.İnfo.Az bildirir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

İlkin məlumata görə, yanğının ev sahibinin oğlu (şəxsiyyəti dəqiqləşdirilir – red) tərəfindən törədildiyi bildirilir. O, polis əməkdaşları tərəfindən hadisə yerində saxlanılıb. Hadisənin təfərrüatları və yanğının dəqiq səbəbləri araşdırılır.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031