Soğan yükündə 25 kiloqramdan çox marixuana aşkarlandı - FOTO

4-09-2026, 10:57 205 dəfə baxılıb

 

Biləsuvarda İrandan Rusiyaya tranzit daşınan yük avtomobilində külli miqdarda narkotik vasitə aşkarlanıb.

 

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

 

Belə ki, “Biləsuvar” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə soğan” yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Yoxlama stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilib.

 

Yoxlama zamanı yükün yerləşdirildiyi taxta paletlərin alt hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yeri müəyyən edilib.

 

Həmin saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş 80 bağlama aşkarlanıb. Bağlamalara baxış zamanı ümumi xalis çəkisi 25 kiloqram 570 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031