Məhkəmə qayınatasını öldürən kürəkənlə bağlı qərar çıxardı

26-09-2026, 10:41 42 dəfə baxılıb

 

Sumqayıt Apellyasiya Məhkəməsində qayınatasını öldürməkdə təqsirləndirilən Teymur Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, hadisə 2025-ci ilin iyunun 29-da Şamaxı şəhərində baş verib.
Belə ki, Teymur Əliyev axşam saatlarında yaşadığı evin qarşısına çıxarkən azyaşlı qızı qaynanası ilə birlikdə küçədən keçib. Qızı atasını görərək onun qucağına qaçıb. Bu zaman qayınatası, zərərçəkmiş Elşən Quliyev uşağın geri verilməsini tələb etsə də, təqsirləndirilən şəxs qızı ilə birlikdə evə daxil olub.
İstintaq materiallarında göstərilir ki, gecə saatlarında qayınatasının onun ünvanına nalayiq ifadələr işlətməsini eşidən Teymur əsəbiləşərək evdən mətbəx bıçağı götürüb küçəyə çıxıb. O, bir müddət Şah İsmayıl Xətai və Məhəmməd Füzuli küçələrinin kəsişməsində gözləyib.
Bir qədər sonra Elşən Quliyev evdən çıxaraq onun yanına gəlib. Tərəflər arasında əvvəlcə uşaqlar, daha sonra isə ailənin maddi vəziyyəti və boşanma məsələsi ilə bağlı mübahisə yaranıb. Elşən Quliyev ona "ailəni dolandıra bilmirsən, qızımdan boşan" deyərək irad bildirib. Mübahisə zamanı tərəflər bir-birlərinə qarşı sərt ifadələr işlədiblər.
İstintaqın qənaətinə görə, zərərçəkmiş mübahisədən sonra arxasını çevirərək uzaqlaşmağa başlayarkən Teymur arxadan yaxınlaşıb əlindəki mətbəx bıçağı ilə onun bel nahiyəsinə ardıcıl iki zərbə endirib.
Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, zərərçəkmişə bel nahiyəsində biri həyat üçün təhlükəli olmaqla iki bıçaq xəsarəti yetirilib. Zərbələrdən biri aşağı boş venanın zədələnməsi ilə müşayiət olunub və ağır daxili qanaxmaya səbəb olub. Yaralı təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aparılan cərrahi əməliyyat zamanı ağır qanitirmə nəticəsində həyatını itirib.
Məhkəmədə ifadə verən Teymur Əliyev özünü qismən təqsirli bildiyini deyib. O deyib ki, hadisədən əvvəl qayınatası ilə uzun müddətdir münasibətləri gərgin olub.
Onun sözlərinə görə, əvvəllər Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində polis nəfəri işləyib, lakin xidmətdən xaric edildikdən sonra işsiz qalıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ona 9 il müddətə azadlıqdan məhrumetmə cəzası edilib.
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031