Ağstafada məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döyüb
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb.
Ona dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, P.Məmmədova müəllim yoldaşı S.Əhmədova ilə məktəbdə dərs bölgüsü üstündə mübahisə ediblər. Zərərçəkən P.Məmmədovanın sözlərinə görə, onu məktəbdə müəllim yoldaşı olan S.Əhmədova döyərək xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bilidirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır. (APA)
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: