Tovuzda dəhşət: Anasının üzərinə benzin tökərək yandırdı

3-10-2026, 10:09 314 dəfə baxılıb

Tovuzda yanğın hadisəsi baş verib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın başlayıb.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın qısa müddətdə ərzində yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın nəticəsində evdə olan 1981-ci il təvəllüdlü N. Hüseynova ağır yanıq xəsarətləri alıb.
Qadın FHN əməkdaşları tərəfindən evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən 45 yaşlı qadın həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb.
İlkin məlumata görə, Tovuz rayonu Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb.
Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E. Hüseynli saxlanılıb.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031