Toyda döyülən 32 yaşlı kişi öldü - FOTO

6-10-2026, 09:50 35 dəfə baxılıb

  

Oktyabrın 2-də Abşeron rayonu Ceyranbatan qəsəbəsində keçirilən toyda döyülən 1994-cü il təvəllüdlü Cavid Nəzərli bu gecə vəfat edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, o, komadan ayılmayıb.
İlkin məlumata görə, hadisə Tofiq Amanov və Müsül Mirzəyevlə yaranan mübahisə zamanı baş verib.
C.Nəzərli təcili tibbi yardım vasitəsilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan bir neçə gün komada qalıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
 
Qeyd edək ki, Cavid Nəzərli evli olub, bir azyaşlı övladı var imiş.
Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031