Bakıda məktəblinin qətlində ŞOK DETAL- VİDEO

7-10-2026, 10:32 68 dəfə baxılıb

 

Məktəbdən çıxıb evə gedən məktəbli küçədə bıçaqlı hücuma məruz qalıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Yenisirvanli.İnfo.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, paytaxtın Nizami rayonunda baş verən hadisənin təfərrüatı məlum olub.

Məlumata görə, əslində tərəflər arasında mübahisə sentyabrın 24-də baş verib. Davadan sonra hər iki şagird məktəbin direktor müavininin otağına aparılıb. Bildirilir ki, bu zaman onlardan biri stolun üstündən qayçını götürərək sinif yoldaşına hücum edib, lakin ətrafdakıların köməyi ilə hücumun qarşısı alınıb.

Hadisə övladı və ya nəvəsi həmin məktəbdə oxuyan şəxsləri də ciddi narahat edir:

"Biz nə edək, dünəndən narahatam, mənim nəvələrim də bu məktəbdə oxuyurlar. Hara baxır bu müəllimlər ki, şagirdlər bir-birini bıçaqlayırlar. Keçən il də burada bıçaqlanma olmuşdu".

Övladı sözügedən məktəbdə oxuyan digər valideyn isə bildirib ki, məktəbdə nəzarət mexanizmi yoxdur:

"Uşağın üstünə-başına baxmalıdırlar, uşaqda bıçaq nə gəzir? Yalandan dərs keçməklə deyil ki. Gərək içəri girib nəzarət edən müəllim olsun".

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031