Bakıda və rayonlarda təhlükəli tapıntılar: Polis hərəkətə keçdi
Dünən, oktyabrın 8-də paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı 1 tapança, 1 qumbara, 1 alışdırıcı və 4 tüfəng aşkar edilərək götürülüb.
DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah və sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: