Biləsuvarda toyda bıçaqlanma: saxlanılan var

12-10-2026, 10:34 78 dəfə baxılıb

 

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində, toy mərasimi zamanı qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Eldar Cəfər oğlu Vəliyev kürək nahiyəsindən bıçaqlanıb. O, rayon xəstəxanasına çatdırılıb.

Əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031