Qusarda qonşusunu telefonla çəkən qadın döyüldü

13-10-2026, 09:10 22 dəfə baxılıb

 

Qusarda qonşusunu telefonla çəkən qadın döyülüb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, oxu.az-ın məlumatına görə, hadisə rayonu Gədəzeyxur kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Rəvanə Abdullayevanın (soyad şərtidir – red.) saxladığı qazlar qonşusu Aynurənin həyətinə gələn su arxını mütəmadi olaraq bulandırıb. Aynurə bu barədə dəfələrlə Rəvanəyə müraciət etsə də, qonşusu onun bu iradı ilə razılaşmayıb və mübahisə yaranıb.

Bir neçə gün öncə Aynurə kürəkəni ilə birlikdə həmin su arxını təmizləyərkən Rəvanə hadisə yerinə gəlib. O, arxın təmizlənməsinə mane olub, həmin arxı yenidən zibillərlə doldurmağa başlayıb. Aynurə özünə məxsus telefonla Rəvanənin bu hərəkətlərini videoya çəkməyə başlayıb. Bundan əsəbiləşən Rəvanə əlindəki ağacla Aynurəyə hücum edərək, onu döyməyə başlayıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, Rəvanə Abdullayeva saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə R.Abdullayeva 260 saat ictimai işlər cəzasına məhkum edilib və ona elektron nəzarət qolbağı tətbiq edilib.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031