Estetik əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb

2-04-2025, 10:55 169 dəfə baxılıb

 

Üzgərmə əməliyyatında canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə apa.az-a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

“Bu məsələ ilə bağlı məlumatlıyıq. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində hadisənin araşdırılması məqsədi ilə artıq işçi qrupu yaradılıb.
Məsələ ciddi araşdırılacaq və ehtiyac yarandığı halda plandankənar yoxlamanın açılması barədə qərar qəbul ediləcək. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”,- məlumatda deyilib.

Qeyd edək ki, sosial mediada “Tuana estetic centre” klinikasında Esmira adlı cərrahın üzgərmə əməliyyatı zamanı xəstənin dərisini əlində tutub, canlı yayım açdığı haqda video görüntülər yayılıb.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031