Elektron xəstəlik vərəqini kimlər ala bilər?

23-04-2025, 18:45 81 dəfə baxılıb

 

Xəstəlik, xəsarət, hamiləlik və doğum səbəbilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında pasientlər elektron xəstəlik vərəqindən istifadə edilə bilər...


Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.

O qeyd edib ki, xəstələr vərəqi kağız formada əldə etmək istəsələr, tətbiq üzərindən elektron formanı kağız halında çap etmək mümkündür:

"Xəstəlik vərəqinin elektronlaşdırılması xəstəlik vərəqi alma prosesini sürətləndirəcək. Qeyri-iş günlərində də xəstəlik vərəqəsi almaq mümkün olacaq".

S. Məhərrəmova bildirilib ki, işəgötürənlər elektron xəstəlik vərəqlərini Əmək və Məşğulluq Altsistemi (ƏMAS - işəgötürənlər və işçilər arasında əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini təmin edən müasir platforma) üzərindən görəcəklər.

Qeyd edək ki, mayın 1-dən elektron xəstəlik vərəqələrinin verilməsi qüvvəyə minəcək. (APA)



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031