Diqqət: Bu dərman infarkt və insult riskini azaldır

9-08-2026, 12:03 61 dəfə baxılıb

 

ABŞ-də aparılan yeni araşdırma göstərib ki, 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan “tirzepatid” preparatı infarkt, insult və digər ağır ürək-damar fəsadlarının riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Nəticələr “The BMJ” jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində ABŞ-də 2-ci tip şəkərli diabet, artıq çəki və mövcud ürək-damar xəstəliklərindən əziyyət çəkən 52 971 pasiyentin məlumatları təhlil edilib. Alimlər standart müalicə ilə yanaşı “tirzepatid” qəbul edən xəstələrin nəticələrini şəkərsalıcı “sitagliptin” preparatı qəbul edənlərlə müqayisə edib.

Yenisirvanli.İnfo.Az bildirir ki, araşdırmaya əsasən, müalicənin başlanmasından bir il sonra “tirzepatid” qəbul edənlərdə infarkt, insult və ya ölüm kimi ciddi ürək-damar hadisələrinin riski 32 faiz, infarkt riski isə 33 faiz aşağı olub. Həmçinin bu qrupda xəstəxanaya yerləşdirilməni tələb edən ağır infeksiyalar və ümumi ölüm halları da daha az qeydə alınıb.

Müəlliflərin hesablamalarına görə, təxminən 70 pasiyentə “tirzepatid” təyin edilməsi bir il ərzində bir ciddi ürək-damar hadisəsinin qarşısını almağa imkan verə bilər.

Bununla yanaşı, tədqiqatçılar qeyd ediblər ki, araşdırma müşahidə xarakteri daşıyır və səbəb-nəticə əlaqəsini tam sübut etmir. Lakin əldə olunan nəticələr göstərir ki, “tirzepatid” şəkər səviyyəsinə nəzarət və çəkinin azaldılması ilə yanaşı, yüksək ürək-damar riski olan diabet xəstələrinə əlavə fayda verə bilər.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930