Heyvan mənşəli zülallar xərçəngə qarşı qoruyucu ola bilər – ARAŞDIRMA

Dünən, 10:14 235 dəfə baxılıb

 

Heyvan mənşəli zülallar ehtiva edən ərzaq məhsullarının qəbulu ölüm riskinin yüksəlməsi ilə bağlı deyil və hətta xərçəng xəstəliyinə qarşı müdafiə xassələri göstərə bilər.

Yenisirvanli.İnfo.Az bildirir ki, araşdırma çərçivəsində 19 yaş və ondan yuxarı olan təqribən 16 min nəfərin göstəriciləri nəzərdən keçirilib.

Mütəxəssislər iştirakçıların qida rejimində heyvan və bitki mənşəli zülalların həcmini, eləcə də bunun ürək-damar xəstəlikləri və ya xərçəng riski ilə bağlılığını öyrəniblər.

Nəticələr göstərib ki, daha çox ət məhsulları qəbul edən şəxslər arasında xərçəng səbəbli ölüm halları əhəmiyyətli dərəcədə aşağı olub. "Bu tipli müşahidələr və klinik sınaqlardan əldə olunan nəticələri hesaba alsaq, həm heyvan, həm də bitki mənşəli zülal tərkibli məhsulların sağlamlığa müsbət təsir göstərdiyi və uzunömürlülüyə töhfə verdiyi aydınlaşır", – deyə tədqiqatda qeyd edilib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930