"Tağıyev" filminin üçüncü hissəsinin yayım tarixi məlum oldu

16-09-2025, 20:29 69 dəfə baxılıb


Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Tağıyev" filminin üçüncü hissəsinin yayım tarixi açıqlanıb.


Yenisirvanli.info.azxəbər verir ki, "Tağıyev: Sona" adlanan üçüncü hissə oktyabrın 2-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.


Məlumat üçün bildirək ki, filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı isə Etibar Əsədlidir.


Ekran işində xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva da daxil olmaqla geniş peşəkar aktyor heyəti tarixi personajları canlandırıb.


Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal edilib.


 


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031