Türkiyə millisinə yeni himn bəstələyəcək

3-04-2026, 09:48 916 dəfə baxılıb

 

Məşhur türkiyəli müğənni Sinan Akçıl Türkiyə milli komandası üçün himn bəstələyəcəyini açıqlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, o, sosial media hesabında paylaşdığı məlumatlarla yeni layihənin detallarını açıqlayıb.


Müğənni federasiya prezidenti ilə görüşdüyünü və milli komanda üçün xüsusi himn üzərində işlədiyini bildirib. Məşhur musiqiçinin Rivadakı Türkiyə Futbol Federasiyasının obyektlərini ziyarət edəcəyi açıqlaması isə layihənin rəsmi çərçivədə irəlilədiyinə işarə edib.


İzləyicilər Akçılın əvvəllər hit mahnılar bəstələdiyini xatırladaraq, yeni himnin üslubu haqqında fərziyyələr yürütməyə başlayıblar. Sənətçinin paylaşımı tezliklə trend olub və futbol azarkeşləri yeni himnin turnirlər zamanı istifadə olunub-olunmayacağını müzakirə etməyə başlayıb.


Layihə ilə bağlı daha ətraflı məlumatın yaxın günlərdə açıqlanacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031