Atasının soyadından imtina edir - Fotolar

29-05-2026, 17:23 1 508 dəfə baxılıb


“Hollivud” ulduzları Bred Pitt və Ancelina Colinin övladlığa götürdükləri oğlu Meddoks Pitt atasının soyadından imtina etmək üçün rəsmi prosedura başlayıb.


“Yenisirvanli.info.az” TMZ nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı Meddoks hüquqi sənədlər təqdim edərək soyadının “Meddoks Çivan-Coli” olaraq dəyişdirilməsini istəyib.


Qeyd edək ki, Meddoks daha əvvəl anası Colinin “Couture” filmində də “Meddoks Coli” kimi təqdim olunmuşdu.


Məlumata görə, Coli-Pitt ailəsinin digər övladları Zahara, Şaylo və Vivyen də son illərdə “Pitt” soyadından istifadə etməyə başlayıblar.


Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2016-cı ildə ayrılıb, boşanma prosesi isə 2024-cü ildə yekunlaşıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031