Flora Kərimovanın vəziyyəti - Açıqlandı

Bu gün, 11:33 1 638 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.


Sənətkarın köməkçisi Yaqut İmanovanın “Yenisirvanli.info.az”a verdiyi məlumata görə, hazırda onun müalicə prosesi davam edir və evə buraxılacağı tarix hələ dəqiqləşməyib.


“Dərmanlar verilir, aparatlardan keçirilir, müayinələr edilir. Yəqin ki, 10 günə evə buraxılacaq. Bunu nə mən, nə də həkimləri dəqiq deyə bilmərik”, - Xalq artistinin köməkçisi deyib.


O qeyd edib ki, ustad sənətkarın iyunun 20-si Yaşıl Teatrda baş tutacaq bir ifalıq çıxışı sentyabra təxirə salınıb.


Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930