Tünzalə Əliyevanın qardaşı vəfat etdi

5-07-2026, 14:20 1 738 dəfə baxılıb

Mərhum Əməkdar artist, Tünzalə Əliyevanın (Toppuş bacı) ailəsinə daha bir itki üz verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, aktrisanın qardaşı Elxan Bayramov 58 yaşında Moskvada vəfat edib.


İlkin məlumata görə, onun ölümünə səbəb ürək çatışmazlığı olub.


Mərhum dünən Gəncədəki “İmamzadə” ziyarətgah kompleksində torpağa tapşırılıb. 


O, həmçinin Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zülfiyyə Əliyeva və Gəncə Dövlət Kukla Teatrının butaforçu rəssamı Təranə Əliyevanın qardaşıdır.


Elxan Bayramov ailəli olub, 3 övladı yadigar qalıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031