Ərinin qəribə vərdişini paylaşdı - Video

Dünən, 10:15 1 769 dəfə baxılıb

Türkiyəli məşhur aktrisa Bergüzar Korel sosial şəbəkə hesabında həyat yoldaşı, tanınmış aktyor Halit Ergençlə bağlı maraqlı anları izləyiciləri ilə bölüşüb.


“Yenisirvanli.info.az” xəbər verir ki, onun paylaşdığı videoda məşhur aktyorun getdiyi hər yerə üç fərqli termos apardığı əksini tapıb.


Ergençin yanında soyuq qəhvə, isti qəhvə və buzlu su üçün ayrıca qablar daşıdığı diqqət çəkib.


Aktrisa zarafatla paylaşımına “Hər yerə litrlərlə maye ilə gedirik” qeydini əlavə edib.


Ərinin bu vərdişinə təəccüblənən Bergüzar Korel videoda ona “Bunların hamısını çöldə içsəydin, nə olardı?” sualını ünvanlayıb.


Halit Ergenç isə həyat yoldaşının sualına gülümsəyərək qısa və səmimi cavab verib: “Xoşlayıram”.


Məşhur cütlüyün gündəlik həyatından olan bu yumorlu dialoq sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031