Xalq artisti Alim Qasımovun ad günüdür

14-08-2026, 10:29 205 dəfə baxılıb

 

Yenisirvanli.İnfo.Az bildirir ki, xanəndə bununla bağlı sosial şəbəkədə paylaşım edib. Qasımov paylaşımında həyatın sınaqlar, çətinliklər və səbrdən ibarət uzun yol olduğunu vurğulayıb.

“Ömrün... Həyat Rəbbin bizim üçün yazdığı uzun yoldan ibarət ömür payıdır. Bu yol çətinliklər, sınaqlar, keçməkeşli anlar, xoşbəxtliyə gedən inam və səbrdən ibarətdir. İnsana verilən ən böyük mükafat isə haqq yolunda ömrünü davam etməyi bacarmaqdır.

Rəbbimə şükürlər olsun, onun haqq və ədalətli bildiyi ömür yolunda həyat sürmək qismət oldu. Qəlbində mərhəmət və təmənnasız xeyirxahlıq olan insanların sevgisini qazanmaq bu ömür yolunda mənim üçün xoşbəxtliyin təməli oldu.

Rəbbim geridə qalan ömür yolunda ətalətli, qəlbində mərhəmət, sevgi olan, insani keyfiyyətləri üstün bilən insanlarla qarşılaşmağı, sağlam ömür sürməyi və həmd edəcəyimiz günləri yaşamağı bizə nəsib etsin”.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930