"Dostlarım zəng edib ki, sənə nə olub?" - Video

20-08-2026, 10:56 267 dəfə baxılıb

 

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı açıqlama verib.

Yenisirvanli.İnfo.Az bildirir ki, sənətçi ailəsində keçirilən tədbirdən söz açaraq görüntülərin qonaqlardan biri tərəfindən lentə alınaraq paylaşıldığını bildirib. Dadaşova qeyd edib ki, videoda görünüşü ilə bağlı dostlarından çoxsaylı zənglər alıb:

“Bu yaxınlarda ailəmizdə gözəl bir günü təntənəli şəkildə qeyd etmişik. Hamımız çox gözəl rəqs etmişdik. Dostlarımın çoxu zəng edib soruşur ki, “Brilliant, sənə nə olub? Orada yaxşı görünmürdün”. Mən də gördüm ki, yaxşı görünmürdüm. Dənizdən gəlmişdim, qaralmışdım. Sağ olsun, qonaq xanımlardan biri çəkib paylaşmışdı. 

Bizə baxıb sevinənlərə Allah can sağlığı versin, gözü götürməyənlərin də Allah köməyi olsun”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930