Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib? - 100 min dollarlıq duet...

29-08-2026, 10:52 66 dəfə baxılıb

 Bir neçə ay əvvəl Türkiyəli müğənni Yıldız Tilbe azərbaycanlı müğənni Vəfa Şərifovaya qarşı hüquqi addımlar atacağı ilə bağlı sosial şəbəkədə paylaşım etmişdi. Bunun səbəbi isə V. Şərifovanın açıqlamasında Yıldız Tilbe ilə duet ifa etmək üçün 100 min ABŞ dolları ödədiyini, ancaq Tilbenin pulu aldığı halda duetdən imtina etdiyini deməsi idi.

Maraqlıdır ki, bu müddət ərzində hüquqi proses nə yerdə qalıb? Tərəflər arasında məhkəmə prosesi baş tutub?
Yenisirvanli.İnfo.Az bildirir ki, Vəfa Şərifovanın prodüseri Mikayıl Hüseynov Bizim.Media-ya açıqlamasında heç bir məhkəmə prosesi olmadığını və bu mövzuyla bağlı ətraflı danışmaq istəmədiyini bildirib.
“Məhkəməyə müraciət olunmayıb. Bu barədə də ətraflı məlumat vermək istəmirəm. Hər şey qaydasındadır. Tərəflər arasında danışıq olub, razılığa gəlinib. Heç bir problem yoxdur, məhkəmə söhbəti ola bilməz.
 “Yıldız Tilbe söhbəti” ümumiyyətlə, kökündən bağlanıb” - deyə Mikayıl Hüseynov bildirib.
Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930