İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI

1-09-2026, 10:43 58 dəfə baxılıb

 

“Həmin hadisədən sonra İlhamə xanım məni baltalamağa başladı…”

Yenisirvanli.İnfo.Az bildirir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Zarafat bir yana” verilişində deyib.

O, aralarında yaranan problemin əsl səbəbini açıqlayıb:

“Faiq Ağayevin toyunda yarandı bu problem. Gülüstan Sarayında… Mən digər bir toydan çıxıb Faiqin toyuna gəldim, biraz gec gəldim. Həmin vaxt mikrofon İlhamə xanımın əlində idi, artıq oxumuşdu da… Mən də başladım bəyin, gəlinin qabağında oynamağa. Sonra elə oldu ki, Faiq mikrofonu onun əlindən alıb verdi mənə, çünki toy artıq qurtarırdı. Musiqiçinin də hədiyyəsi nədir – ifası, mən də başladım oxumağa. Bu, onun xoşuna gəlmədi. O vaxtdan məni baltalamağa başladı.

Amma İlhamə xanım dünyasını dəyişəndən sonra bir kəlmə də olsun onun barəsində danışmadım. Baxmayaraq ki, o mənə çox əziyyətlər verdi. Deyirsiniz ki, mənə qadağa qoydu. İlhamə bir müğənni idi. Qadağa qoyan insan vaxt oldu ki, məndən üzr istədi. Bax, məni bu yaşadır”.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930