Azərbaycanın Suriyadakı səfirliyi Dəməşqdə 1000 kimsəsiz uşaq üçün iftar süfrəsi təşkil edib

28-03-2025, 13:23 169 dəfə baxılıb

 

Azərbaycanın Suriyadakı səfirliyi paytaxt Dəməşqdə 1000 kimsəsiz uşaq üçün iftar süfrəsi təşkil edib...


 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Suriyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyinin təşəbbüsü, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi və Suriyanın “Qadın Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə, cari ilin 25-27 mart tarixlərində Dəməşq şəhərində (2 dəfə) və Dəməşqin böyük dağıntılara məruz qalmış Spena qəsəbəsində 1000 (400+350+250) kimsəsiz uşaq üçün iftar süfrələri təşkil edilib.

Suriya Xəbər Agentliyi (Sana), “Vətən” qəzeti və Suriya televiziyasının, eləcə də qardaş Türkiyənin TRT və “Anadolu” Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş bu xeyriyyə aksiyası zamanı çıxış edərkən “Qadın Xeyriyyə Cəmiyyəti”nin idarə heyətinin sədri xanım Maha Diyab, eləcə də kimsəsiz uşaq Hibə Ramazan müqəddəs Ramazan ayında bu nəcib təşəbbüsə görə Azərbaycan dövlətinə təşəkkür ediblər”, - məlumatda qeyd edilib.

Üç gün ərzində keçirilən iftar süfrələrində kimsəsiz uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil edilib, onlara unudulmaz anlar və əsl bayram ovqatı yaşadılıb.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031