Prezident İranla əlaqələrdən danışdı: Son illərdə…

8-04-2025, 18:26 67 dəfə baxılıb

 

Son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, qarşılıqlı səfərlər iki ölkə arasında dostluğun möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə yaxşı imkan yaradır.

Prezident İlham Əliyev Fərzanə Sadiqinin səfəri çərçivəsində Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasının keçirilməsini müsbət qiymətləndirib və Komissiyanın gündəliyində iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün vacib layihələrin olduğunu qeyd edib.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031