Erməni nəşri: Putin Moskvada Paşinyan və Əliyevlə görüşəcək...

11-04-2025, 10:58 6 dəfə baxılıb

 

Rusiya Azərbaycan-Ermənitan sülh müqaviləsinin Alma-Atada imzalanmasını istəyir?..


Rusiya prezidenti Vladimir Putin mayın 9-da Moskvada Qızıl Meydanda keçiriləcək paraddan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

Rusiya dairələrindən bizə verilən məlumata görə, bu görüşlərdə Putin may bayramlarından sonra Ermənistan və Azərbaycan arasında Alma-Atada hansısa sülh sənədi imzalanmasını razılaşdırmağa çalışacaq. Paşinyan Alma-Ata bəyannaməsini Ermənistan-Azərbaycan danışıqlarının mərkəzinə qoyduğu üçün imzalanma yeri kimi Qazaxıstan, Alma-Ata təsadüfən seçilməyib”, deyə mənbə nəşrə bildirib.

“Joqovurd” qəzeti bu məlumatı Ermənistan Respublikasının baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryanla dəqiqləşdirməyə çalışıb, lakin Ermənistan baş nazirinin mətbuat katibi məlumatı şərh etməyib



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031