Prezidentin kövrələrək dinlədiyi "Qarabağ şikəstəsi"ni ifa edən azyaşlı: "Bizi çox sevindirdi"

13-05-2025, 10:09 198 dəfə baxılıb

 

Ağdam Uşaq Musiqi Məktəbinin 9 yaşlı şagirdi Əhəd Mehdi oğlu Ağayev Prezident İlham Əliyevlə görüş təəssüratlarını bölüşüb.

Yenisirvanli.İnfo.Az Asan TV-yə istinadən xəbər verir ki, o, Ağdamda yeni istifadəyə verilmiş Muğam Mərkəzinin açılışı zamanı dövlət başçısının tədbirə qatılmasının və incəsənət xadimləri ilə bir araya gəlməsinin onun üçün böyük şərəf olduğunu bildirib.

"Bu günədək bir çox tədbirlərdə iştirak etmişəm, lakin bu dəvət çox fərqli idi. Cənab Prezident ifamızı bəyəndi və bizə səmimi davranışı bizi çox sevindirdi. Gələcəkdə tanınmış xanəndə olmaq, muğamımızı dünyaya tanıtmaq arzusundayam", - deyə gənc istedad qeyd edib.

Əhəd ona dəstək olan müəllimlərinə də təşəkkürünü bildirib.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031