Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 22-də davam etdirilib.
Yenisirvanli.İnfo.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmədə təqsirləndirilən şəxs Davit İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub.
Videomaterialda jurnalistin suallarını cavablandıran D.İşxanyan "Daşnaksütyun" tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb: "Daşnaksütyun" 1990-1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş aparılırdı. "Daşnaksütyun" təkcə silahla yox, maddi və insan resursları cəhətdən də Qarabağda fəaliyyət göstərirdi. Digər əsas məsələ isə təşkilatçılıq idi. "Daşnaksütyun" bizim üçün bir qalxan rolunu oynayırdı. Təsadüfi deyil ki, partiya 1990-1991-ci illərdə və 1994-cü ilə qədər ordu quruculuğunda, həmçinin sahələrdə öz parlaq fəaliyyətini göstərdi. O dövrdə daşnak nümayəndələri, döyüşçüləri və dəstələri formalaşırdı. Mən də həmin dövrdə onlardan biri olmuşam".
Azərbaycan ərazilərində yaradılan keçmiş qondarma qurumun Ermənistana birləşdirilməsi barədə teleaparıcının sualına cavab verən D.İşxanyan deyib: "Mənim də şəxsi fikrim budur ki, ən düzgün yol sonda Qarabağın Ermənistana birləşdirilməsidir. Bu, bizim əsas və son nəticəmiz olmalıdır. Hazırda keçid dövründəyik. Mənim üçün Qarabağ və tarixi Ermənistan eyni anlayışlardır, mən onları bir yerdə görürəm".
Televiziyaya verdiyi müsahibə barədə məhkəmədə dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verən D.İşxanyan videomaterialda Qarabağın Ermənistana birləşdirilməsi barədə söylədiyi fikirləri "Daşnaksütyun"un deyil, "deputat" olaraq qondarma rejimin "parlament"inin fikirləri kimi səsləndirdiyini deyib.
Təqsirləndirilən şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın Azərbaycan ərazilərinin işğalının hansı zərurətdən irəli gəlməsinə dair sualına cavab verməkdən yayınıb.
Məhkəmə prosesində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə keçmiş qondarma qurumun nümayəndələri ilə keçirdiyi görüşə dair videomaterial nümayiş olunub.
Videomaterialda göstərilir ki, görüşdə çıxış edən Levon Ter-Petrosyan Azərbaycan ərazilərində qanunsuz olaraq yaradılan qondarma quruma Ermənistan adından ən yüksək təhlükəsizlik zəmanətləri verdiyini xatırladıb.
O, qondarma qurum ilə Ermənistan arasında imzalanacaq təhlükəsizlik zəmanətləri barədə müqaviləni məxfi sənəd adlandırıb.
Kadrlarda Ermənistanın keçmiş prezidenti müqavilənin iki nüsxədən ibarət olacağını deyərək əlavə edib: "Dağlıq Qarabağ respublikası" beynəlxalq ictimaiyyətin, Rusiya Federasiyasının, ABŞ-ın və xüsusilə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın zəmanətlərinə güvənir".
L.T.Petrosyan bildirir ki, Ermənistan özünün bütün imkanlarından, o cümlədən birbaşa hərbi müdaxilədən istifadə edəcəyini öhdəsinə götürür və gələcək danışıqlarda Laçının Azərbaycana verilməsi ehtimalını istisna edir.
Dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran təqsirləndirilən şəxs Arkadi Qukasyan L.T.Petrosyanla keçirilən həmin görüşdə iştirak etdiyini deyib.
Həmin görüşü "taleyüklü məsələ" adlandıran təqsirləndirilən şəxs videomaterialın Kəlbəcər rayonu işğal olunduqdan sonra çəkildiyini xatırladıb. Bildirib ki, həmin görüş zamanı keçmiş qondarma qurumun Azərbaycanla danışıqlar aparan qrupunun rəhbəri və qurumun "deputatı" olub.
A.Qukasyan əlavə edib ki, bu görüşdən sonra Georgi Petrosyan "vəzifəsindən" istefa verib: "Parlamentin sədri vəzifəsini Karen Baburyan icra etməyə başladı. O isə Robert Köçəryanla birlikdə Levon Ter-Petrosyanın təqdim etdiyi sənədi imzaladı.
Həmin sənədə əsasən, Ermənistan Respublikası münaqişə tam başa çatanadək Qarabağın təhlükəsizliyinin təminatını öz üzərinə götürürdü".
Daha sonra dindirilən təqsirləndirilən şəxs Levon Mnatsakanyana Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov tərəfindən Şuşanın işğalı, işğalda iştirak edən şəxslərlə bağlı suallar ünvanlanıb.
L.Mnatsakanyan suallara cavabında Şuşanın işğalında iştirak edən Aşot Qulyanı tanıdığını, lakin onunla xidmət etmədiyini deyib.
Məhkəmədə L.Mnatsakanyaın da olduğu qondarma qurumun vəzifəli şəxslərinin müsahibə verdiyi videomaterial nümayiş etdirilib.
Vidoematerialda L. Mnatsakanyan deyir: "Şuşanı tutan zaman Aşot Qulyanın bölüyündə olmuşam. Bizim bölüyümüz onların bölüyünün sol tərəfində - Şuşa qalası istiqamətində fəaliyyət göstərirdi və bölüklə ilə sıx əməkdaşlıq edirdi. Əsas cəbhənin yarılması mərkəzi və sol hissədə idi.
Ardınca dövlət ittihamçılarının sualını cavablandıran Levon Mnatsakanyan kadrlarda dediyi sözləri inkar edib.
Təqsirləndirilən şəxs bildirib ki, 1993-1994-cü illərdə onların əsas istiqamətləri Ağdərə, Ağdam, Cəbrayıl və Füzuli olub.
Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Milli.Az

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlanıb
"İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu" - MƏHKƏMƏ - FOTO
Məhkəmədə tükürpərdən faktlar açıqlandı - FOTO
İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
Vardanyanın məhkəməsi davam etdirilib - FOTO
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Xırdalanda evi olanlara BƏD xəbər – Köçsünlər, yoxsa...
Azərbaycanda əsgərliyə gedənlərə xoş xəbər – “Razılıq əsasında ola bilər”
Sabahdan Azərbaycanda bu gömrük rüsumları 100 dəfə artırılacaq
Ramin İsayevin 100 milyonluq SƏRVƏTİ - SİYAHI
Xalçayuma adı ilə dələduzluq edən TUTULDU - FOTO
Zelenski xaricdəki ukraynalılara SƏSLƏNDİ
Azərbaycana Qripə qarşı vaksinlər gətirilib
ƏHMƏD ƏHMƏDZADƏNİN BACISI OĞLU YÜKSƏK VƏZİFƏYƏ GƏTİRİLDİ - Zakir Quliyev Mikayılovun müşaviri, Əli Əsədovun köməkçisinin isə...
Leyla Əliyeva Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub - FOTOLAR
Qaradağın icra başçısı şəhidlərin anım mərasimində iştirak edib - FOTOLAR
Qubada kişinin meyiti həyətdə tapıldı
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı
“İri Şəhərlərin Su Təchizatı” QSC-yə yeni sədr təyin olundu - Tahir Xəlilov da yola salındı
DEPUTATIN DAHA BİR OĞLU HƏBS EDİLDİ
Dolları olanların NƏZƏRİNƏ!
Ermənistan azan çobanı Azərbaycana qaytarır – Kimliyi açıqlandı
Məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb
UEFA Konfrans Liqasında II turun oyunları keçiriləcək
Ərdoğanın Əliyevə KRİTİK zəngi – gərginlik bitdimi?
Kapital Bank pensiyaçılara verilən avans üzrə faizləri artırıb
Bakıda güclü qar, şaxta… – Milyonluq hazırlıq başladı
Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Mincivanın işğaldan azad olunmasından 6 il ötür
“Məclis.info” saytının rəhbərinə 12 il iş istənilib
Ramiz Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - VİDEO
Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu işə başlayıb
UEFA Çempionlar Liqası: “Sabah” “Borussiya”ya məğlub olub - VİDEO
Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək
Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
Mədinəyə dronla hücum olunub
Donald Tramp şok iddia irəli sürdü: "Rusiya axmaq bir generala görə Kiyevi tuta bilmədi, yoxsa bir günə müharibə bitərdi"
Bu sürücüləri 800 manat cərimə gözləyir – VİDEO
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər – ŞƏRTLƏR
Qaxda iki dost məktəbli qıza təcavüz etdi – TƏFƏRRÜAT
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var – FOTO
Buzovnada 4 mərtəbəli binada yanğın... - Sakinlər təxliyə edilib
NATO Qara dənizdə Rusiyaya qarşı... - Əlavə qüvvə göndərilir
Bakı-Xırdalan yolu ilə bağlı TƏKLİF
“Bank VTB (Azərbaycan)” əhalini sürətlə borclandırır- istehlak kreditlərində kəskin artım
Bakıda bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb
Bakıda 12 manatlıq quldurluq edən şəxslərə AĞIR CƏZA
YAP Mehdiyevi qovdu, İsa Həbibəyli niyə tələsmir?
Zəngəzur dəhlizindən Rusiyaya pay?!
“Kontakt Home”da müştəriyə qüsurlu mal satıldı – FOTO
Qonşuda meymunçiçəyi yayılıb – risk varmı?
Bu gün Bakı metrosu xüsusi rejimdə işləyəcək – SƏBƏB
DİQQƏT: “Kupça”sız evə bu yolla sənəd almaq olar
ABŞ Ukraynanı yarıyolda qoyub: "Təəssüf ki, yerinə yetirilməyən siyasi razılaşmalar var"
Emin Milli Hikmət Hacıyevin qəbulunda olub: “Görüş zamanı..." - FOTO
"Özünü ələ al" müalicə deyil - Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır?
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Elnarə Abdullayeva nənə oldu - Fotolar
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO
Kəmalə Günəşli özündən çıxdı: “Üzünə tüpürüb yola salacağam” – VİDEO
Əməkdar artist Rəşid Mahmudovu cərimələtdi - Məhkəmə prosesi
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
Kilsədə başına xaç düşən keşiş belə öldü – VİDEO