İlham Əliyev Maltanın prezidentini təbrik edib

21-09-2025, 14:41 81 dəfə baxılıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti zati-aliləri xanım Miriam Spiteri Debonoya məktub ünvanlayıb.


Yenisirvanli.info.az  AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:


"Hörmətli xanım Prezident,


Malta Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.


İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Malta arasında dostluq münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.


Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031