Moldovada parlament seçkisi başlayıb

28-09-2025, 10:42 70 dəfə baxılıb

 

Moldovada parlament seçkisi başlayıb.


Yenisirvanli.info.az -ın "Kommersant" nəşrinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla səhər saat 7:00-də (Bakı vaxtı ilə saat 08:00 - red.) ölkə üzrə 1 900-dən çox seçki məntəqəsi açılıb.


Seçicilər 101 parlament üzvünü dörd il müddətinə seçəcəklər. Seçkidə 22 subyekt - 15 partiya, üç blok və dörd müstəqil namizəd iştirak edəcək. Parlamentə daxil olmaq üçün partiyalar ən azı 5%, bloklar 7%, namizədlər isə 2% səs toplamalıdırlar.


Rəy sorğularına əsasən, Prezident Maya Sandunun rəhbəri olduğu "Fəaliyyət və Həmrəylik" Partiyası favorit hesab olunur. Onun ən yaxın rəqibi kimi sabiq prezident İqor Dodonun "Vətənpərvər bloku" göstərilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031