KİV: Si Cinpin Donald Tramp qarşısında şərt qoyub

28-09-2025, 17:38 71 dəfə baxılıb

 

Çin lideri Si Cinpin ABŞ ilə ticarət sazişi bağlamaq üçün şərt irəli sürüb.


Yenisirvanli.info.az bildirir ki, bu barədə "The Wall Street Journal" nəşri iki ölkə arasındakı danışıqların gedişatından xəbərdar olan mənbələrə istinadən məlumat verib.


Məlumata görə, Si Cinpin ABŞ Prezidenti Donald Trampdan Tayvanın müstəqilliyini dəstəkləməkdən rəsmən imtina etməyi tələb edib.


Nəşr qeyd edir ki, o, ticarət danışıqlarından Trampa təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir.


Çin istəyir ki, ABŞ Co Bayden administrasiyası dövründə olduğu kimi nəinki Tayvanın müstəqilliyini dəstəkləməkdən çəkinsin, həm də bu məsələ üzrə öz mövqeyini rəsmi şəkildə bəyan etsin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031