Sabah İrəvanda görüşəcəklər

21-10-2025, 18:32 129 dəfə baxılıb

 

21-22 oktyabr tarixlərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin yayımladığı bəyanatda qeyd olunub.


Məlumata görə, tədbir zamanı Vaşinqtonda avqustun 8-də keçirilmiş görüşdən sonra formalaşan sülh gündəliyi, iki xalq arasında etimadın möhkəmləndirilməsi, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı və vətəndaş cəmiyyətləri arasında davamlı dialoqun qurulması məsələləri müzakirə olunacaq.


Bildirilib ki, tədbirin məqsədi regionda dayanıqlı sülh və qarşılıqlı anlaşmaya töhfə verəcək uzunmüddətli əməkdaşlıq platformasının yaradılmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031