“Putin zəng edib təəccübləndiyini dedi” - Tramp

30-10-2025, 08:39 116 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişəyə yenidən toxunub.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə o Cənubi Koreyada keçirdiyi brifinq zamanı söyləyib.


Tramp çıxışı zamanı iki ölkə arasında baş vermiş 38 illik müharibənin başa çatmasını “tarixi hadisə” adlandırıb:


“Vladimir Putin də bu məsələ ilə bağlı mənə zəng edərək təəccübləndiyini dedi. Bu müharibə 38 il davam etdi, milyonlarla insan həlak oldu, amma biz bu münaqişəni aradan qaldıra bildik. İki ölkə tədricən barışır, və mənim iştirakımla keçirilən görüşdən cəmi bir saat sonra onların bir-birini qucaqlaması heyrətamiz idi. Hər iki ölkənin liderləri dedi ki, siyasi karyeraları boyunca yalnız bir-birlərinə atəş açıblar”.


Qeyd edək ki, avqustun 8-də Ermənistan və Azərbaycanın dövlət başçıları ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Donald Trampın iştirakı ilə sülh sazişini paraflayıblar.


Tərəflər həmçinin “Trampın Sülh və Firavanlıq Yolu” (TRIPP) adlı proqramın başlanğıcı barədə sənədlərə də imza atıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031