ABŞ gizli nüvə tədqiqatlarında süni intellektin köməyindən istifadə edəcək

30-10-2025, 12:39 156 dəfə baxılıb

 

"Nvidia" şirkəti ABŞ Energetika Nazirliyinin maraqlarından irəli gələn süni intellekt dəstəkli yeddi yeni superkompüterin yaradıldığını elan edib.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə şirkətin prezidenti və baş icraçı direktoru Jensen Huanq məlumat verib.


"Nvidia" "Oracle" proqram təminatçısı və HPE şirkəti ilə birlikdə ABŞ-nin milli laboratoriyaları üçün superkompüterlər yaratmaq layihəsinə start verib.


Ən güclü superkompüterlər - "Solstice" və "Equinox" sistemləri ABŞ Energetika Nazirliyinin İllinoys ştatındakı Arqonn Milli Laboratoriyasında yerləşdiriləcək. Bu sistemlər elmi modellərin yaradılması və elmi tədqiqatları dəstəkləyən müstəqil süni intellektin inkişaf etdirilməsi üçün istifadə ediləcək.


"Mission" və "Vision" sistemləri Nyu-Meksiko ştatındakı Los-Alamos Milli Laboratoriyasına veriləcək. "Mission" sistemi milli təhlükəsizliklə bağlı məxfi layihələri emal edəcək, "Vision" isə energetika və biotibb sahəsində elmi tədqiqatlarda istifadə olunacaq.


Digər üç sistem - "Tara", "Minerva" və "Janus" tədqiqatçıların hesablama imkanlarını genişləndirməyə imkan verəcək. Bundan əlavə, "Nvidia"nın Energetika Nazirliyi üçün yaradacağı superkompüterlər ABŞ-nin öz nüvə silahları arsenalını qismən genişləndirməsinə kömək edəcək.


"Nvidia" rəhbərliyi bu təşəbbüsləri dövlət tərəfindən dəstəkləndiyi üçün ABŞ Prezidenti Donald Trampa təşəkkürünü bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031