ABŞ Senatı şatdaunu aradan qaldıracaq qanun layihəsini təsdiqləyib

10-11-2025, 17:37 133 dəfə baxılıb

 

ABŞ Senatı prosedur səsverməsində hökumətin qismən dayandırılmış işini bərpa etməyə və bunu aradan qaldırmağa imkan verəcək qanun layihəsini təsdiqləyib.


Yenisirvanli.info.az  bu barədə CNN telekanalına istinadən xəbər verir.


Sənədi 60 senator dəstəkləyib, 40-ı isə əleyhinə səs verib. Büdcənin təsdiqlənməsi üçün 60 səs lazımdır, respublikaçıların yuxarı palatada 53 yeri var.


İndi layihə Nümayəndələr Palatasına qaytarılacaq. Sonra onu prezident Donald Tramp imzalamalıdır, bu proses daha bir neçə gün çəkə bilər.


Respublikaçılar və demokratlar arasında hökumətin işinə maliyyə ayrılması ilə bağlı qanun layihəsi üzrə razılaşma yanvarın 30-dək qüvvədə olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031